Şabranda 8 yaşayış məntəqəsini birləşdirən yol inşa olunur- Video

25 2019 16:19

Şabran-Düzbilici-Qorğan-Çinarlar yolunun tikintisinə iki ay öncə başlanıb. Ümumi  uzunluğu 23 km olan avtomobil yolunda hazırda torpaq yatağı bərkidilir. Ötən müddət ərzində işlərin 40 faizi görülüb.

Yeni yolun istifadəyə verilməsi ilə  8 yaşayış məntəqəsində sakinlərin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq.

Ümumilikdə yolun eni genişləndirilərək 10 metrə çatdırılıb. Asvalt örtüyünün vurulmasına 2 ay sonra başlanacaq. İki qatdan ibarət olacaq yeni asvalt örtüyünün eni 6 metr, qalınlığı isə 15 sm təşkil edəcək. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək.

23 km-lik Şabran-Düzbilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi yay aylarında yekunlaşacaq.