Xaçmazda Xocalı facisəsinin qurbanları anılıb- Video

26 2019 12:00

Xaçmaz Xalça muzeyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Çıxış edənlər bəşər tarixinə qanlı hərflərlə yazılan 26 fevral Xocalı soyqrımının dəhşətli həqiqətləri haqqında məlumat verib.  Erməni daşnaqlarının Xocalıda dinc əhalinin başına gətirdiyi müsibətlərdən danışıb. Tədbir məktəblilərin ifasında ədəbi-bədiii kompazisiya ilə davam edib.

Faciə qurbanları Heydər Əliyev adına  Xaçmaz rayon Mədəniyyət Mərkəzində də anılıb. Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompazisiyada qanlı gecədə baş verən hadisələr tamaşaçılara təqdim olunub.