Şimal regionunda Xocalı faciəsinin 27-ci ildönümü qeyd edilib- Video

26 2019 16:23

Xaçmaz ictimaiyyəti Xocalı faciəsinin 27-ci ildönümünü anım mərasimləri ilə qeyd edib.  Xaçmaz Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri qırğın haqqında məlumat verib. Bildirilib ki, insalıq faciəsi nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadının öldürülüb, 8 ailənin tamamilə məhv edilib, 25 uşağın hər iki valideynini itirib, 487 nəfərin şikəst olub, 1275 insanın əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək xəbər yoxdur.

Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində keçirilən anım mərasimində Xocalı faciəsi haqqında ədəbi-bədii kompozisiya və film nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıblar.

Faciənin 27-ci ildönümü münasibətilə Qusarda keçirilən tədbirdə bildirilib ki, Xocalı qətliamı bəşər tarixində oxşarı olmayan soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunan acı bir kədər, dərin üzüntüdür. Qusar Dövlət Ləzgi Dram Teatrının təqdimatında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tamaşa nümayiş etdirilib.