Xınalığa çəkilən alternativ yol bu il istifadəyə veriləcək- Video

28 2019 15:01

Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Quba – Susay - Xınalıq avtomobil yolunun tikintisinə 4 ay öncə başlanıb. Hazırda tikinti işləri rayonun Alpan kəndi ərazisində, Quruçay üzərində yeni körpülərin inşası ilə davam etdirilir.

Artıq birinci körpünün özülünün və sütunlarının tikintisinə başlanılıb. Körpülərin inşası 3 aya yekunlaşacaq.

Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yoluna asfalt döşənəcək. Yol yatağının eni 11, hərəkət hissəsi isə 7 metr təşkil Z

Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Quba rayonunun Susay–Xınalıq avtomobil yolunda tikinti işləri bu ilin noyabr ayında yekunlaşacaq. Ölkənin turizm marşrutlarına aparan yol Quba şəhərini Xınalıq kəndi ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq.