Rus şairi Lermontovun Qusarda yaşadığı evi hər il yüzlərlə turist ziyarət edir- Video

01 2019 12:34

Rus ədəbiyyatının görkəmli nümayəndəsi Mixail Yuryeviç Lermontov 1837-ci ildə Qafqaza Aleksandr Puşkinin xatirəsinə yazdığı "Şairin ölümü" şeirinə görə sürgün olunub. Monarxiya əleyhinə çıxışlarına və azadlıqsevərliyinə görə təqib olunan şair 23 yaşında cərimə batalyonunun tərkibində həmin vaxt Azərbaycanın şimalında baş qaldıran üsyanların yatırılmasına cəlb edilib.

Nakam şair "Aşıq Qərib”, "Qaçaq Hacı”, "Qaçaq İsmayıl bəy” poemalarını, "Xəncər”, "Ayrılıq” və "Gənc ləzgi” şeirlərini Qusarda yazıb. Hazırda Qusar Tarix-Diyarşünaslıq Muzeyində yaradılan Mixail Yuryeviç Lermontova aid guşədə şairin bir neçə şəxsi əşyası qorunub saxlanılır.

Qusar şəhərinin Fəxrəddin Musayev küçəsində yerləşən ev hər il Rusiya və digər ölkələr gələn turistlərlə yanaşı , yerli vətəndaşalar tərəfindən ziyarət olunur.  Ev hazırda şəxsi mülkiyyətdədir. Buranın ev-muzey kimi fəaliyyət göstərməsi üçün təşəbbüs irəli sürülsə də, şairə məxsus əşyaların az olması səbəbindən ideya reallığa çevrilməyib.