Xaçmazda ata və oğulun ölümü ilə nəticələnən ağır yanğın baş verib- Video

07 2019 16:07

Xaçmazın Yalama kəndində baş verən yanğın nəticəsində 35 yaşlı Əjdər Qədirov və 5 yaşlı oğlu Taleh yanaraq  dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, evdə qalan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirovun və övladı Taleh Qədirovun yanmış meyitləri aşkarlanıb.

Hadisə zamanı həlak olan Əjdər Qədirov üç oğul və bir qız atası olub. Faktla bağlı araşdırma aparılır.