Xaçmazda “Milli geyim incilərimiz” sərgisinin açılışı olub- Video

07 2019 16:36

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın milli geyimlərinin nümayiş olunduğu sərgi açılıb.

“Milli geyim incilərimiz” adlı sərgidə Quba-Xaçmaz, Bakı-Şirvan və cənub bölgəsinə aid 10-dan çox milli geyim nümunəsi təqdim olunur. Sərgilənən geyimlər arasında rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin əmək təlimi dərslərində hazırladıqları milli ornamentli eksponatlar da yer alıb.

Novruz bayramınadək davam edəcək sərgi bölgələrimizin zəngin etnoqrafiyasını gənc nəslə eləcə də rayona gələn xarici qonaqlara təqdim etmək məqsədi daşıyır.

Açılış mərasimində milli geyimli ifaçıların təqdimatında qədim rəqslərimiz və geyim mədəniyyətimizin təsvir olunduğu bədii səhnəciklər nümayiş olunub.

Sonra tədbir iştirakçıları qədim dövrlərdən günümüzədək gəlib çatan milli geyimlərimizlə tanış olublar.