ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər- Video

08 2019 12:42

Azərbaycana səfər edən ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba rayon icra hakimiyyətində görüş keçiriblər. Görüş zamanı icra başçısı Ziyəddin Əliyev qonaqlara Quba haqqında ətraflı məlumar verdi.

Görüşdən sonra nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbədəki “Giləki” sinaqoqu ilə yaxından tanış olub. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayır.

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, , Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb, soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyublar.