Yol polisi qadın sürücüləri təbrik etdi- Video

08 2019 14:25

Xaçmazda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın sürücülər təbrik edilib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 2-ci taqımının əməkdaşları xidməti ərazilərində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparıb, eyni zamanda, onları bayram münasibəti ilə təbrik ediblər.

Reyd zamanı 20-yə yaxın qadın sürücüyə gül və hədiyyələr təqdim olunub.