Xaçmazda bayram yarmarkaları fəaliyyətə başlayıb- Video

09 2019 15:16

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası Xaçmaz şəhərinin Çənlibel istirahət parkında fəaliyyətə başlayıb. Sakinlər novruz bayramı ərəfəsində bir sıra ərzaq və kənd təsərrüfatı mallarını burada daha ucuz qiymətə almaq imkanı qazanıb. Yarmarkada bazardakı qiymətlərlə müqayisədə 15-20 faizə qədər fərq var.

Qiymətlərin ucuzluğu özünü əsasən mal əti və tərəvəz məhsularında göstərir. Bayram satış yarmarkasına ümumilikdə 30 çeşiddə 10 tondan çox məhsul çıxarılıb. Yarmarka şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün təşkil ediləcək.