Xaçmazda atletika üzrə zona yarışlarına 150-dən çox idmançı qatılıb- Video

09 2019 15:18

Yeniyetmələr arasında atletika üzrə zona yarışları Xaçmaz Olimpiya İdman Kompleksində keçirilir. Turnirdə 12 komanda tərkibində 150-dən çox idmançı qüvvəsini sınayır. Komandaların tərkibi 12-13 yaşlı oğlan və qızlardan ibarətdir. İki gün davam edəcək yarışlarda iştirakçılar 60 və 300 metr məsafəyə qaçış, estafet qaçışı, uzunluğa tullanma və top atma mərhələlərində mübarizə aparacaq.

Zona mərhələsində ilk iki yeri tutacaq idmançılar finala vəsiqə qazanacaq. Final mərhələsinə aprelin sonunda Xaçmaz ev sahibliyi edəcək. Yekun mərhələdə yüksək nəticə göstərən idmançılar isə yığma komandaya cəlb olunacaq.