Xızıda 420 şagird yerlik yeni məktəb binası inşa olunur- Video

11 2019 13:45

Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbin hazırki binası 1978-ci ildə istifadəyə verilib. 40 yaşlı təhsil ocağı qəzalı vəziyyətdə olduğundan köhnə binanın yenisi ilə əvəz olunması istiqamətində işlərə başlanılıb.

420 şagird yerlik iki mərtəbəli yeni məktəb binası 2164 kvadratmetr sahəni əhatə edəcək.

Yeni binada sinif otaqları ilə yanaşı, laborotoriya, əmək təlimi və kompyuter otaqları, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq. Təhsil müəssisəsi ilin sonunda şagirdlərin istifadəsinə veriləcək.

Xızıda son 5 ildə 4 məktəb binası tikilib, 4-ü isə əsaslı təmir olunub. Hazırda rayonda 8-i tam, 6-sı ümumi olmaqla 14 təhsil müəssisəsi fəaliyyət göstərir.