Qubanın alma bağlarında təhlükəli xəstəlik yayılıb- Video

12 2019 14:59

“Kaliforniya çanaqlı yastıcası” Qubada 2 min hektara yaxın alma bağında yayılıb. Ötən illərlə müqayisədə zərərvericilərin çoxalması təsərrüfatçıları narahat edir. Görülən mübarizə tədbirləri istənilən nəticəni vermir. Zərərverici ilə yoluxan ağacın böyümə prosesi zəifləyir, bitki tədricən quruyur.

Mütəxssislər zərərvericilərin artmasında  digər səbəb kimi  qışın mülayim keçməsini göstərirlər. Bundan başqa dərmanlama vaxtında və düzgün aparılmadıqda zərərvericilərlə mübarizə lazımi nəticəni vermir.

Zərərvericilərin artması alma bağlarının sahəsinin azalmasına səbəb olub. Qubada 2018-ci ildə 15 min 609 hektar alma bağı var idisə hazırda bu rəqəm 13 min 840 hektara düşüb.