Şimal regionunda termal su sanatoriyaları yaradıla bilər- Video

12 2019 15:17

Ölkəmizə üz tutan turistlər 3-5 gün istirahət etdikdən sonra vətənlərinə qayıdırlar. Müalicəvi turizm üçün gələnlər isə minimum bir həftə qalır. Təbii ki, bu da əlavə gəlir deməkdir. Lakin fəaliyyətdə olan müalicəvi sanatoriyaların sayı azlıq təşkil edir. Mütəxəssislər sağlamlıq sanatoriyaların yaradılmasını ölkəmizin xaricdə sağlamlıq turizmi ölkəsi kimi tanınmasına və belə olan halda turist sayının çoxalmasına təsir edəcəyini deyirlər.
Sahibkarlar da sanatoriyaların yaradılmasında maraqlıdır. Lakin isti su yerləri kimi fəaliyyət göstərən obyektlərin sanatoriya ilə əvəzlənməsi üçün xeyli vəsait tələb olunur.


Sahibkarlara ediləcək güzəştlər rekreasiya zonalarının yaradılmasında da öz əksini tapıb. Mütəxəssislər yaxın zamanda sanatoriyaların yaradılması üçün addımların atılacağını deyirlər.

Ekspertlər deyir ki, rəqabət mühitinin yaranmasına və bu yolla qiymətlərin enməsinə də yalnız sanatoriyaların sayının artması səbəb ola bilər.