Xaçmazda Yel çərşənbəsi qeyd edilib- Video

12 2019 15:45

Yel çərşənbəsi Xaçmazın Niyazabad kəndində xüsusi təmtəraqla qeyd olunur. Xəzər dənizinin sailində yerləşən yaşayış məntəqəsinin sakinləri çərşənbəni adət-ənənəyə uyğun keçirib.


Bayram şənliyinə kosa və keçəlin maraqlı oyunları iştirakçıların üzündə təbəssüm yaradıb. Uşaqların rəqsləri və yerli sənətçilərin ifaları bayrama rənq qatıb. Yel çərşənbəsi əsən küləyin təzəcə çıxan otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir. İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Sonra bayram tonqalı alovlandırılıb.


Niyazabadda yel çərşənbəsinin axşamıda maraqlı formada təşkil olunur.
Beləki axşam saatlarında kənd də hər evdə tonqal qalanır, şam yandırılır. Novruzun nemətləri süfrələrə qoyulur.