Qubada tibbi müayinələr 140 min insanı əhatə edəcək- Video

14 2019 10:49

Əhalinin tibbi dispanserizasiyası çərçivəsində Qubada fevralın 12-dən indiyədək 37 minə yaxın sakin müayinə olunub. Müayinə olunanlardan 37-si stasionar müalicəyə cəlb edilib. 97 nəfər isə Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. Sakinlərin kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqın genefondunun qorunmasına yönəlib.

Qubada keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Xəstəxanada sakinlər kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən yararlana bilir. Tibbi dispanserizasiya zamanı 3 nəfərin hepatit B, 4 nəfərin isə vərəmə yoluxduğu aşkarlanıb.

Kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün 13 səyyar həkim briqadası da yaradılıb. Mayın 12-dək davam edəcək tibbi müayinələr 140 min nəfəri əhatə edəcək.