Xaçmazda 70 min baş xırdabuynuzlu heyvana vaksin vurulacaq- Video

14 2019 10:55

Xaçmazda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri davam etdirilir. Ötən müddət ərzində prosesə 40 min heyvan cəlb olunub. Vaksinasiya işləri rayon təsərrüfatlarındakı 70 min baş xırdabuynuzlunu əhatə edəcək. Peyvəndləmə martın sonuna kimi davam edəcək.

Dövlət tərəfindən maliyyələşən tədbirlər çərçivəsində vaksinasiya prosesi pulsuz aparılır.

Ümumilikdə Xaçmazın heyvandarlıq təsərrüfatlarında 52 min iribuynuzlu, 70 min xırdabuynuzlu qeydiyyata alınıb.