Xaçmazda fermerlərə 50 tona yaxın gübrə güzəştli şərtlərlə satılıb- Video

15 2019 14:28

Xaçmazın  Ləcət kəndində keçirilən səyyar satışda rayonun 8 inzibati ərazi dairəsi üzrə 37 kənddən olan fermerlərə 50 tona yaxın meniral gübrə satılıb. Səyyar satışdan yararlanan təsərrüfatçılar 3 növ meniral gübrəni 70 faiz güzəştlə əldə ediblər.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından etibarən başlanılıb.

Bu günə kimi Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı və Kürdəmir rayonlarında səyyar satış həyata keçirilib. Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı martın 16-da Siyəzənin Qozağacı kəndində təşkil olunacaq.