Qusarda şəhid ailələrinə bayram sovqatı verilib- Video

18 2019 15:49

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin əməkdaşları şəhid ailələrini novruz bayramı münasibəti ilə təbrik edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı olan peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda Qusar 54 şəhid verib.