Novruz bayramı günlərində Qubaya gələn turistlərin sayı artacaq- Video

19 2019 12:53

Novruz bayramı ərəfəsində Şimal regionuna gələn turistlər daha çox Quba və Qusar rayonunda istirahət etməyə üstünlük verirlər. Onların arasında Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olanlar üstünlük təşkil edir. Qubada yerləşən otellərdə qiymətlər xidmət səviyyəsindən asılı olaraq 40 manatla 1500 manat arasında dəyişir.

Novruz adət ənələrin görmək istəyən turistlər isə kənd evlərində qalmağa üstünlük verir.  Bir turistin kənd evində bir gün keçirməsi isə 10 manatla – 30 manat arasında dəyişir.

Bayram günlərində istiahətə gələn qonaqlar üçün istirahət mərkəzlərin müxtəlif şou proqramların keçirilməsi də nəzədrə tutulub.