Bayram xonçalarının bəzəyi- Quba paxlavası- Video

20 2019 11:36

Ölkənin böyük turizm potensiallı rayonlarından olan Quba həm də özünəməxsus şirniyyatları ilə tanınır. Bu şirniyyatlar arasında ən çox seviləni paxlava və bükmədir. Bayram günlərində rayona gələn hər bir qonaq mütləq Quba paxlavasının dadına baxır. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur və qırmızı rəngə boyanır. Bundan sonra paxlava sabit temperatur altında 20-30 dəqiqə müddətində bişirilir. Hazırlıq prosesi paxlavanın üzərinə qaynar şərbətin əlavə olunması ilə yekunlaşır.

15 ilə yaxındır paxlava bişirən Məmməd Talıbov  şirniyyatın hazırlanmasının uzun, amma zövqlü  proses olduğunu deyir. 1 kq-ı 8 manata təklif olunan Quba paxlavasının alıcısı da kifayət qədərdir. Rayonun simvoluna çevrilən  şirniyyatın yerfındığı ilə hazırlananı da var. Amma müştərilər qozla bişirilən paxlavanı daha çox alır.

Quba paxlavası toy şənliklərinin, el məclislərinin bəzəyi hesab edilir. Yerli sakinlərlə yanaşı xarici ölkələrdə yaşayan həmvətənlərimiz də toy və bayram xonçaları üçün paxlava sifariş verir.