Azərbaycanda ilk- Qubada “Ağıllı bağ” salınır- Video

28 2019 15:28

Meyvəçilik və Çayçılıq Elmi-tətqiqat inistitutunun təsarrüfat səhəsində yaradılan bağda 23 minə yaxın alma, armud, heyva, şaftalı və gilas tingləri əkilib. Tinglərin əkilməsi başa çatdıqdan sonra avtomatlaşdırılmış suvarma və gübrələmə sistemi qurulacaq. “Ağıllı bağın”  iyunun sonuna qədər tam hazır olacağı planlaşdırlır.  Ənəvi bağlardan fərqli olaraq burda aqrotexniki işlər kompüter hətta telefon vasitəsilə görüləcək.

 “Ağıllı bağ”da  aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq. Layihə Meyvəçilik və Çayçılıq Elmi-tətqiqat inistitutu tərəfindən ilk dəfə Qubada yaradılıb. Layihə uğurlu olarsa gələcəkdə belə  bağların sayı artırılacaq.