Qubada 70-ə yaxın yaşayış məntəqəsini birləşdirən yol təmir olunur- Video

28 2019 15:47

Təngəaltı – Şabrançay avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Müasir standartlara cavab verən 26 km-lik yolun 6 kilometrlik hissəsinə asvalt örtüyü vurulub. Hazırda qalan 20 kilometrlik yolun torpaq yatağı bərkidilərək asvalt vurulması üçün  hazır vəziyyətə gətirilir.

Hazırda işlər Qubanın Alpaut yaşayış məntəqəsinin ərazisində aparılır. 26 km-lik yeni yol sayəsində 70-ə yaxın yaşayış məntəqəsindəki sakinlərin şəhər mərkəzinə və turizm əhəmiyyətli Təngəaltı kəndinə gediş-gəlişi asanlaşacaq.