Qubada “Xınalıq” filminin təqdimatı olub- Video

30 2019 15:46

 ARB-nin yaradıcı heyəti tərəfindən ərsəyə gələn  “Xınalıq” filmi Quba ictimaiyyətinə təqdim edilib. Ekran işində qədim yaşayış məntəqəsinin sakinlərinin bir günlük həyatı əks olunub. Dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən, 5 min illik tarixə malik olan Xınalıq Azərbaycanla yanaşı bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 30 dəqiqəyə yaxın davam edən ekran işində  özünün dili, mədəniyyəti, ənənələri olan kənd sakinlərinin həyat tərzi tamaşaçılar tərəfindən maraqla izlənilib.

ARB Media Qrupu Azərbaycanın ucqar dağ kəndləri haqqında film çəkilişlərini davam etdirəcək.