Qusarda fermerlərə güzəştli şərtlərlə 25 ton gübrə satılıb- Video

02 2019 15:35

Qusar rayonunun İmamqulukənd kəndində təşkil olunan səyyar satışda 50-yə yaxın fermerə 25 ton meniral gübrə satılıb. Səyyar satışda təsərrüfatçılar azot gübrəsini 70 faiz güzəştlə əldə ediblər.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından etibarən başlanılıb.

Bu günə kimi 20 rayonda səyyar satış həyata keçirilib. Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı aprelin 3-də Xızıda təşkil olunacaq.