Xaçmazda toxum emalı zavodunun inşası yekunlaşıb- Video

03 2019 16:27

Xaçmazın Qaraçay-cek kəndində inşa olunan emal zavodu istifadəyə tam hazırdır. Saatda 5 ton toxum emal etmək gücünə malik müəsissə iyul 1-dən toxumçulara xidmət göstərəcək. Xaçmaz Toxum Emalı zavodu  mövsüm dövründə 4 min tondan çox toxum emalını həyata keçirməklə, regionda istehsal olunan toxum materialının 20%-dən çoxunu təmizləyib toxumçuların istifadəsinə verəcək.

Müəssisə təqdim edilən toxum materialından 90 faizdən çox məhsul əldə etməyə imkan verir. Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarətdir.

Zavodun fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək. Zavodda fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması da həyata keçiriləcək.