Qubada gənclər ordu sıralarına yola salınıb- Video

03 2019 16:58

Qubada gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib. Çıxış edənlər bildirib ki, bu gün Azərbaycanın, təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ölkənin  hərbi qüdrətinin yüksəlməsi işğal altında olan torpaqlarımızı istənilən anda azad etməsinə imkan verir. Çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə, Azərbaycan əsgəri adını ləyaqətlə qoruyacaqlarına söz verib

Valideynlər övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiklərini  bildirib.

İncəsənət ustlarının ifası yekunlaşandan sonra, çağırışıçılar hərbi xidmətə yola salınıb.