Şabranda sahibkarlara 1 milyon manatdan çox güzəştli kredit verilib- Video

04 2019 16:21

Şabranda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 1,3 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süd emalı və ət kəsimi, bal istehsalı, qablaşdırılması və başqa sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox iş yerinin açılması mümkün olacaq.

Hazırda dövlət dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.