Şimal regionunda italyan texnalogiyası ilə fındıq bağları salınır- Video

04 2019 16:29

Xaçmazlı təsərrüfatçı 3 hektar ərazidə italyan fındıq sortları əkib.   Yeni texnologiya ilə salınan bağda 1000-dən artıq ting əkilib.

1 hektara 3 tona yaxın məhsul vermək gücünə malik İtaliyadan gətirilən  fındıq tingləri 3-4 ildən sonra bar verir. Xaçmazda ümumilikdə 2 təsərrüfatçıya məxsus 6 hektar sahədə belə bağlar salınıb.

İtalyan sortlarının ənənəvi fındıqdan digər üstünlüyü məhsuldar və keyfiyyətli olmasındadır. Yeni sortlar özünü doğruldarsa gələcəkdə belə bağların sahəsi artırılacaq.

Bu il Xaçmaz və Qubada 3 min hektar ərazidə italyan texnologiyası ilə fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 1500 hektarında işlər yekunlaşıb.