Beynəlxalq mütəxəssislər “Yalama Aqropark”ında olub- Video

04 2019 16:50

Bakıda keçirilən beynəlxalq forumun iştirakçıları Yalama Aqropark”ının fəaliyyəti ilə tanış olub. Almaniya, Fransa, İspaniya, Belçika, Türkiyə, Ekvador, Çili, Kanada həmçinin Rusiya, Ukrayna, Belarus gələn mütəxəssislər iştirak etdiyi nümayəndə heyətinə təsərrüfat haqqında məlumat verilib. Bildirilib ki, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlarda südün keyfiyyəti göstəricilərinə görə digər cins heyvanlardan fərqlənir.

Görüş zamanı “Yalama Aqropark”da yem rasionlarında əlavələr və vitaminlərin istifadəsi, yemləmə sahəsində innovativ yanaşmalar, həmçinin silos hazırlanması və istifadəsi haqqında danışılıb. Forumun məqsədi südçülük sahəsinin inkişafı üçün beynəlxalq təcrübəni öyrənmək, bilik və təcrübə mübadiləsini təmin etməkdir. “Yalama Aqropark” Xaçmaz rayonunun Yalama qəsəbəsində ölkə üzrə yaradılmış ilk aqroparkdır.