Dadı dillər əzbəri- “Quzuqarnı” göbələyi- Video

06 2019 13:54

Özünəməxsus dadı ilə seçilən quzuqarnı şimal regionunda əsasən Xaçmaz və Şabranın meşəlik ərazilərində bitir. Hazırda bitkinin sarı və qara növləri toplanır. Göbələyin digər növlərindən fərqli olaraq bütün növləri yeyilən quzuqarnının tapılması olduqca çətindir. Bir kiloqram toplanması üçün saatlar sərf edilir.

Tapılması olduqca çətin olsa da quzuqarnıya tələbat böyükdür. Dadı damaqlarda qalan bu bitki ilə bağlı bir sıra maraqlı məqamlar da var. Bu göbələk növünü istixana şəraitində yetişdirmək qeyri-mümkündür və quzuqarnı gözlə görüldükdə inkişafdan qalır. Aprelin ortaları quzuqarnının ağ növü də bitəcək. Bu bitkinin yığılması bu ayın sonlarına kimi davam edəcək.