Xaçmaz sakini təsərrüfatında 1000-ə yaxın dovşan saxlayır- Video

08 2019 15:16

Ehtiram İsrafilovun təsərrüfatında Kaliforniya, şinşila, və digər dovşan sortları var. Təsərrüfatçı heyvanları əsasən Rusiya və digər xarici ölkələrdən gətirir. Dovşanlar doğulandan  4 ay sonra kəsimə göndərilir.

Dovşan ətinin bir kiloqramı 8-9 manata təklif olunur. 1000-ə yaxın dovşan saxlanılan təsərrüfatda il ərzində 6 ton məhsul satışa çıxarılır. Dovşan diri halda isə 20-60 manata  satılır.

Təsərrüfatçı hazırda bu işlə məşğul olan fermerlərlə birlikdə ölkədə ilk dəfə Dovşançılıq Təsərrüfatı Assosiyası yaratmaq niyyətindədir. Həmçinin o, heyvanların saynı 10 minə çatıraraq fermasını genişləndirməyi planlaşdırır.