Qubada 1000-ə yaxın şagirdin təhsil alacağı məktəb binası yeni tədris ilində istifadəyə veriləcək- Video

09 2019 15:22

Qubanın Alekseyevka kənd tam orta məktəbi 54 il öncə istifadəyə verilib. İstismar müddətini başa vuran bina qəzalı vəziyyətdə olduğundan yenisi ilə əvəz olunur.

Köhnə binanın yenisi ilə əvəz olunması istiqamətində işlərə 4 ay öncə başlanılıb. 3 mərtəbədən ibarət olacaq yeni məktəbin hazırda ikinci mərtəbəsi inşa olunur.

Üçmərtəbəli binada 40 sinif, 6 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində hazırda 840 şagird təhsil alır. Təhsil ocağında tədris  Azərbaycan və rus dillərində aparılır.