Qusar Dövlət Ləzgi Dram Teatrı 2 tamaşanın məşqlərinə başlayıb- Video

10 2019 16:36

Qusar Dövlət Ləzgi Dram teatrı 2 yeni tamaşanın məşqlərinə başlayıb. Rafiq Rəhimlinin “Sönmüş talelər” və Hüseynbala Mirələmovun “Varis” əsərləri əsasında hazırlanan  tamaşalar  mayın sonunda nümayiş olunacaq.  “Sönmüş talelər” əsərində bəşəriyyəti məhvə sürükləyən narkotikin törətdiyi fəsadlar bir ailənin faciəsinin fonunda  səhnələşdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Laləzar Hüseynova, Musiqi tərtibatı Şaiq Qardaşov, quruluşçu rəssamı Marina Mahmudovadır. Teatr bu tamaşa ilə tədris və tərbiyə ocaqlarında gənclərin qarşısına çıxacaq.

Qusar Dövlət Ləzgi Dram Teatrı 2 yeni tamaşa ilə yanaşı “Bölgələrdən bölgələrə” festivalına hazırlaşır. Aprelin 26-ı Xaçmazda baş tutacaq festivalda kollektiv yeni kompazisiya ilə çıxış edəcək.