Xaçmazda 13 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılıb- Video

13 2019 12:41

Xaçmaz - Niyazoba – Əbilyataq - Qarğalıq avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsinin eni 6, çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək. Hazırda yolun torpaq yatağının bərkidilməsi işləri gedir. Avtomobil yolu 13 min nəfərə yaxın əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirəcək.

Ümumi uzunluğu 36 kilometr olan yolun tikintisi ilin sonunda başa çatacaq.