Xaçmazda taxıl sahələrinə herbisid səpininə başlanılıb- Video

15 2019 15:21

Bol məhsul əldə etmək üçün Xaçmaz rayonunda taxıl zəmilərinə aqrotexniki qulluq göstərilir. Yaz yemləmə gübrəsinin ardından təsərrüfatçılar əkin sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinə start verib. Bu məqsədlə sahələrə herbisit çilənir.

Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir.

Yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Alaq otlarına qarşı mübarizə tədbirləri üçünAqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə əlavə 700 litrə yaxın herbisid gətirilib. Herbisidlər torpaq mülkiyyətçilərinə 70 faiz güzəştlə verilir.

2019-cu ilin məhsulu üçün Xaçmazda  25 min  hektara yaxın sahədə taxıl əkilib. Bunun 19 min 173 hektarını buğda, 5786 hektarını isə arpa təçkil edir.