Qubada şəhid Şükür Rəsulovun xatirəsi anılıb- Video

15 2019 15:30

Şəhid Şükür Rəsulovun xatirəsi doğulub boya- başa çatdığı Qubanın Alpan kəndində yad edilib. Şəhid olmasının 25 ili münasibəti ilə keçirilən tədbirdə Şükürün ailə üzüvləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib. Bildirilib ki,  Şükür Rəsulov 1987-1989-cu illərdə Əfqanstanda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub vətənə qayıdandan sonra o, 1991-ci ildə Qarabağ döyüşlərində iştirak etmək üçün ordu sıralarına yollanıb.

Şükür Rəsulov 1991-ci ildən “Şıxov” batalyonunun tərkibində Kərkicahan qəsəbəsinin müdəfiəsində, “Daş altı” əməliyyatında,  Ağdam və Füzuli rayonlarının müdafiəsində həmçinin Şuşa, Qaybalı, Kosalar və Laçında döyüşlərdə iştirak edib. 

2 övlad atası olan Şükür 27 yaşında vətən uğrunda canından keçib. O, 1994-cu il aprelin 13-də  Ağdamın Güllücə kəndində aparılan kəşfiyyat zamanı ağır yaralanıb və qəhrəmancasına şəhid olub. Şəhid anadan olduğu  Alpan kənd qəbristanlığında dəfn edilib.