Şabranda üzüm bağlarında aqrotexniki qulluq işləri aparılır- Video

18 2019 16:02

Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabranda bu il də bol məhsul toplanacağı praqnozlaşdırılır. Təsərrüfatçılar Yaz budama işlərini vaxtında yekunlaşdırıb. Martın sonlarından başlayaraq quru bağlama prosesi həyata keçirilir. Amma son günlər yağıntının çox düşməsi alaq otlarına qarşı mübarizədə müəyyən çətinliklər yaradır.

Şabranın üzüm bağlarında əsasən Muskat, Şarlina, Savinyon, Mədrəsə, Merlot, Kabarne, Rekastelli kimi texniki sortlar yetişdirilir. Rayonda üzümçülüyə maraq olsa da emal müəssisələrinin azlığı səbəbindən kiçik təsərrüfat sahələri tədricən azalır.

Hazırda Şabran rayonunda 390 hektar üzüm bağı var. Ötən il bağlardan 2293,8 ton məhsul yığılıb.