Yağışlı hava ərik bağlarına ziyan vurub- Video

19 2019 16:44

Ağacların çiçəkləmə dövründə yağıntının çox düşməsi şimal regionunun ərik bağlarında ciddi narahatlığa səbəb olub. Aramsız yağışlar nəticəsində ağaclarda manilioz xəstəliyi yayılıb ki, bu da məhsulun böyük qismini məhv edib.

Qeyri sabit hava şəraiti bəzi bağlara az təsir göstərib. Mütəxəssislər bunu vaxtında və düzgün aparılan aqrotexniki qullaqla əlaqələndirir.

Şimal regionunda ümumilikdə 269 hektar ərik bağı var. Bunun 160 hektarı Qubanın payına düşür.