Siyəzəndə mağazalardan oğurluq edən şəxs saxlanılıb- Video

20 2019 15:35

Siyəzən rayonu ərazisində mağazalardan silsilə oğurluq edən şəxs saxlanılıb. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törədən şəxsin şəhər sakini Nəzərov Mayis Əlif oğlu olduğu müəyyənləşib.

 

Araşdırmalarla müəyyən olunub ki, əvvəllər də eyni əməllərə görə məhkumluq həyatı yaşayan Mayis Nəzərov aprelin 8-dən 14-dək beş müxtəlif mağazadan geyim əşyaları və ərzaq məhsulları oğurlayıb.

 

Saxlanılan şəxs vətəndaşlara ümumilikdə 2 min 800 manat ziyan vurub.