Yaz ayında Qubaya qar yağdı, temperatur -8 dərəcəyə düşdü- Video

20 2019 15:49

Quba ilə yanaşı Şimal bölgəsində Qusar və Xızıya da qar yağıb. Ötən gündən etibarən bölgəyə yağmağa başlayan qar Xınalıqda 4 , Xaltanda 3 , Xızının Altıağac qəsəbəsində 4 , Qusarın Yasab kəndində isə 1 sm təşkil edir.

Qar mənzərəsi görənlərə xoş təsürat bağışlasa da təsərrüfat sahiblərini narahat edir. Ağacların çiçəkləmə dövründə qarın yağması meyvə bağlarının məhsuldarlığına mənfi təsir göstərəcəyi bildirilir.