Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edir- Video

22 2019 14:48

Bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqda ibadət edirlər. Pesax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz quru çörəkdən – “Matsa”dan istifadə edirlər.

Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar. Builki Pesax bayramı Qırmızı qəsəbədə aprelin 19-dan başlayıb.

Qubadakı Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Bayram günlərində hamı bir-birini qonaq çağırır. Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd edə bilməyənlər yemək süfrəsinə dəvət olunmalıdır. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür.

Pesax bayramı aprelin 27-dək davam edəcək.