Xaçmazda keçirilən “Tullantıdan sənətə” sərgisində 150-yə yaxın əl işi nümayiş olunub- Video

22 2019 15:45

“Tullantıdan sənətə” adı altında keçirilən sərgidə 20 məktəbin şagirdlərinin hazırladığı  150-ə yaxın əl işi nümyiş olunub. Nümunələrin hər biri ilk baxışda lazımsız görülən plastik tullantılardan və sellofon paketlərdən hazırlanıb. Sərgi 22 aprel Beynəlxalq Yer Gününə həsr olunub.

Əsas məqsəd  ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq, bu işə ictimaiyyəti cəlb etmək və tullantıların təkrar istehsalına diqqəti çəkməkdir.

Sərgidə iştirak edən məktəblilərə həvəsləndirici hədiyyələr təqdim olunub.