Şabranın badam bağlarında bu il ilk məhsul toplanacaq- Video

23 2019 16:06

Şabranda 3 il öncə əkilən badam bağlarından bu il ilk məhsul toplanacaq. Fermerlər məhsuldarlığın yüksək olacağını praqnozlaşdırır. Son günlər hava şəraiti qeyri sabit keçsə də vaxtında aparılan aqrotexniki qulluq nəticəsində çiçəkləmə dövründə ağaclar ziyan görməyib.

Şabranda əsasən intensiv bağlar üstünlük təşkil edir. Amma ötən ildən etibarən fermerlər super intensiv bağların salınmasına başlayıblar. Bu üsulla becərilən ağaclar ikinci ildən bar verir və məhsuldarlığı yüksəkdir.

Şabran rayonunun iqlim şəraiti və coğrafi mühiti badam və qoz bağlarının becərilməsi üçün olduqca əlverişlidir. Ötən il rayonda fermerlər tərəfindən 10 hektardan çox yeni badam bağı, 15,2 hektar qoz bağı salınıb. Ötən il badam bağlarından 11,6 ton, qoz bağlarından isə 89,6 ton məhsul toplanılıb.

Hazırda rayonda 83 hektar badam, 88 hektar qoz bağı mövcuddur. Badam bağlarından 6, qoz bağlarından isə 49 hektarı barverəndir. Qarşıdakı illərdə rayonda badam bağlarının sahəsi 200, qoz bağları isə 100 hektara çatdırılacaq.