Şabranın orta məktəblərində psixoloq çatışmır- Video

23 2019 17:19

 20 ildir məktəb psixoloqu kimi çalışan Maya Məmmədova təhsil ocaqlarında psixoloqların fəaliyyətini önəmli hesab edir. Xüsusən də yuxarı sinif şagirdlərinin keçid dövründə yaşanan problemlərin həllində məktəb psixoloqlarının xüsusi yeri var. 

Şabranda 34 təhsil müəssisəsində psixoloq ştatı olsada cəmi 18-də psixoloq fəaliyyət göstərir. Hər il vakant göstərilən digər 14 məktəbdə də psixoloqa ehtiyacın böyük olduğu deyilir. 

Məktəblərdə psixoloqa olan ehtiyacın ödənilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Xüsusən buraxlış siniflərin şagirdlərinə ehtiyac olan ixtisas üzrə təhsil almaları tövsiyyə edilir. 

Ekspertlərdə ölkənin bir çox şəhər və rayonlarında bu sahədə çalışacaq mütəxəssislərə ehtiyacın olduğunu təsdiqləyirlər. Bu ixtisas üzrə təhsil alacaq gənclərin iş tapmağında da çətinliklər olmayacaq.