Şabranda 5 min il yaşı olan məişət əşyaları aşkarlanıb - Video

24 2019 16:56

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid “Çaqqallıqtəpə” abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb. “Çaqqallıqtəpə” abidələr kompleksində 5 eyni tipli abidə mövcuddur. Bu abidələrin üçündə ilkin tədqiqatlar aparılaraq mədəni təbəqənin xarakterinin eyni olduğu müəyyənləşib.

Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı “Çaqqallıqtəpə”də 5 min illik tarixə malik qazma evlər aşkarlanıb. Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Kür-Araz mədəniyyətinə aiddir. Abidə Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.  Tədqiqatların yeni mərhələsi mayın 10-na kimi davam edəcək.