Qusarda atmosferi çirkləndirən avtomobil sürücülərinə qarşı reyd keçirilib- Video

25 2019 15:42

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının iştirakı ilə Qusarda reyd keçirilib. Reyd zamanı nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.

Şəhərin əsas küçələrində keçirilən reyd zamanı 300-ə yaxın avtomobil yoxlanılıb. Atmosferi çirkləndirən 25 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

“Təmiz hava aylığı” çərçivəsində reydlər davam etdiriləcək.