Xaçmazda canavarlar fərdi təsərrüfata hücum edib- Video

27 2019 16:37

Hadisə Xaçmazın Bəbəli kənd sakini Rəhman Məmmədovun fərdi təsərrüfatında baş verib. Uzun illərdir heyvandarlıqla məşğul olan fermer qoyunlarının parçalanmasından səhər saatlarında xəbər tutub. O, heyvanları naxıra yolllamaq üçün tövləyə gələn zaman onların parçalandığını görüb. 40 baş qoyunu olan təsərrüfatçı bu hadisə ilə ilk dəfə qarşılaşdığını bildirir.

Hadisə yeri Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dezinfeksiya olunub. Tələf olan heyvanlar basdırılması üçün ərazidən götürülüb.

Yaralı qoyunlar quduzluğa qarşı peyənd olunub. Bu 2019-cu ildə Xaçmazda yırtıcıların təsərrüfatlara hücum etdiyi ilk hadisədir.