Nabrana gediş-gəliş asanlaşacaq- Video

29 2019 15:37

Hər il on minlərlə turistin istifadə etdiyi Xudat-Nabran avtomobil yoluna yeni asfalt örtüyü döşənir. Yenidənqurma işlərinə 10 gün öncə başlanıb. 25 kilometrlik yol 6 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir.

Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun 7,5 kilometrinə birinci qat asfalt döşənib.

 Xudat-Nabran avtomobil yolunun yenidənqurma işləri iyunda yekunlaşacaq.