Xaçmazda müasir heyvan kəsimi məntəqəsi istifadəyə veriləcək- Video

30 2019 15:58

Xaçmaz rayonunda tikilən yeni heyvan kəsim məntəqəsi may ayında istifadəyə veriləcək. Müəssisədə gün ərzində 500 baş xırdabuynuzlu və 300 baş iribuynuzlu heyvan kəsmək mümkün olacaq.

Tikintisinə noyabr ayından başlanılan müəssisə 0,5 hektar ərazini əhatə edir. Burada kəsim məntəqəsi ilə yanaşı, inzibati bina, soyuducu təsərrüfatlar, kameralar, ətin doğranması sexləri və satış mərkəzi fəaliyyət göstərəcək.

Son tamamlama işləri başa çatdıqdan sonra məntəqədə Türkiyə və Almaniyadan gətirilən avadanlıqlar quraşdırılacaq.

Müəssədə kəsilmiş heyvanların əti ilə yanaşı dərisi, baş-ayağı, içalatı, hətta qanı da emal olunaraq müvafiq qaydada satılacaq.

Xaçmaz rayonunda tikilən yeni heyvan kəsim məntəqəsində 50 nəfər işlə təmin ediləcək.

Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə digər bölgələrdə də açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.